Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun Nuravud və Orand kəndlərində növbəti səyyar qəbulunu keçirib
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov 01 mart 2024-cü il tarixində Nuravud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nuravud, Zərdəbərə Köhnə Orand və Sorsçay kəndlərinin və Orand kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Orand kənd sakinləri ilə səyyar-görüş keçirib.
İcra hakimiyyətinin başçısı ölkə rəhbərinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.
Həmçinin rayon rəhbəri Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti portalı barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və və https://rih.gov.az/ portalından istifadə etmələrini tövsiyə edib.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Müraciətlər əsasən su, elektrik, qaz və digər sosial məsələlərlə bağlı olub.
Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.