Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun Molalan kəndində növbəti səyyar qəbulunu keçirib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə Molalan kəndində növbəti səyyar qəbul keçirib. Qəbulda Molalan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Molalan və Sors kəndlərinin sakinləri iştirak edib.
Qəbulda çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov bildirib ki, səyyar görüşlərdə əsas məqsəd kəndlərdəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Həmçinin rayon rəhbəri Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti portalı barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və və https://rih.gov.az/ portalından istifadə etmələrini tövsiyə edib.
Sakinlərin təklif və problemlərini dinləyən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.