Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun Livədirqə və Camaşəir kəndlərində səyyar qəbul keçirib.

11 fevral 2026 | 17:37

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov 11 fevral  2026-cı il tarixində Livədirqə  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Livədirqə, Əvilə, Qədimkücə, Mastail, Murya, Nüsomurya, Yuxarı Bilnə kəndlərinin və Əliabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Camaşəir, Əliabad, Gürdəsər və Soru kəndlərinin sakinləri ilə səyyar qəbul keçirib.

Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib.  Müraciətlər əsasən yol, qaz, elektrik və digər sosial məsələlərlə bağlı olub.

Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.

Keçidlər