Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun Kəlvəz kəndində növbəti səyyar qəbulunu keçirib

24 iyun 2024 | 16:59

Lerik Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə Kəlvəz kəndində səyyar qəbul keçirib.

Qəbulda Kələxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin  Aşağı Amburdərə, Göydərə, Hilədərə, Hüseynabad, Xocadoy, Kələxan, Kəlvəz, Qışlaq, Məhləabad  və  Yuxarı Amburdərə kəndlərinin sakinləri iştirak edib.

Qəbulda rayon icra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və  qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdir.

Sonra kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Sakinlər ərazinin qazlaşmayan kəndlərinə qaz xəttinin çəkilməsi, suvarma suyu ilə təchizatın yaxşılaşdırılması məqsədi ilə sututarlarının yaradılması, avtomobil yollarının təmiri və digər müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.

Keçidlər