Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun Əvilə və Molalan kəndlərində növbəti səyyar qəbulunu keçirib

08 iyul 2026 | 16:53

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov 08 iyul  2026-cı il tarixində Livədirqə  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Əvilə, Livədirqə, Qədimkücə, Mastail, Murya, Nüsomurya, Yuxarı Bilnə kəndlərinin və Molalan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Molalan və Sors kəndlərinin sakinləri ilə səyyar qəbul keçirib.

Qəbulda çıxış edən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov  bildirib ki, səyyar görüşlərdə əsas məqsəd kəndlərdəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.

Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib.  Müraciətlər əsasən yol, su, elektrik və digər sosial məsələlərlə bağlı olub.

Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.

Keçidlər