Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun Cəngəmiran və Monidigah kəndlərində növbəti səyyar qəbulunu keçirib
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov 19 fevral 2025-ci il tarixində Cəngəmiran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Cəngəmiran, Pirzəkücə və Mondigah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Monidigah, Həzovi, Nisli, Jindi və Pendi kəndlərinin sakinləri ilə səyyar qəbul keçirib. Qəbulda Milli Məclisin deputatı Vasif Qafarov, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanları, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edib.
İcra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.
Səyyar qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.