Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun Cəngəmiran və Lüləkəran kəndlərində növbəti səyyar qəbulunu keçirib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 11 yanvar 2023-cü il tarixində Cəngəmiran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Cəngəmiran, Pirzəkücə və Blaband kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ambu, Barzavu, Blaband, Xəlifəkücə, Lüləkəran Osnağakücə və Şinəbənd kəndlərinin sakinləri ilə səyyar-görüş keçirib.
İcra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.
Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.