Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun Bradi və Hovil kəndlərində növbəti səyyar qəbulunu keçirib

01 fevral 2023 | 18:50

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov 01fevral 2023-cü il tarixində Dəstər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bradi, Dəstər, Dızdipok, Hamarat və Siyov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Hovil, Akuşəpeştə, Xəlifəhoni, Qılqılov və Siyov kəndlərinin sakinləri ilə səyyar-görüş keçirib.

Səyyar qəbulda RİH başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İcra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və  qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.

Həmçinin rayon rəhbəri Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti portalı barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ portalından istifadə etmələrini tövsiyə edib.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.

Keçidlər