Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun Barzavu və Noda kəndlərində növbəti səyyar qəbulunu keçirib

08 sentyabr 2022 | 18:49

08 sentyabr 2022-ci il tarixdə keçirilən növbəti səyyar qəbullarda rayon icra hakimiyyəti başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İcra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və  qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.

Sonra Əkbər Abbasov Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və abadlıq işlərindən, orada təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirlərdən  söz açıb.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara müvafiq tapşırıqlar verilib.

Keçidlər