Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov tərəfindən Qosmalıan və Kələxan kəndlərində səyyar qəbul keçirilib

22 noyabr 2024 | 15:48

22 noyabr 2024-cü il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Kələxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kələxan, Aşağı Amburdərə, Göydərə, Hilədərə, Hüseynabad, Xocadoy, Kəlvəz, Qışlaq, Məhləabad , Yuxarı Amburdərə və Qosmalıan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin  Qosmalıan,Çökərə, Digah, Divağac, Hiveri, Hoveri, Qələsər, Lələhiran, Şonaçola, Tatoni kəndlərinin sakinləri ilə səyyar qəbul keçirib.

Səyyar qəbulda RİH başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İcra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və  qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.

Səyyar qəbulda vətəndaşların səsləndirdikləri problem və təkliflər dinlənilib, onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.

Keçidlər