Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar qəbulunu Vizəzəmin kəndində keçirib
Lerik Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Vizəzəmin kəndində səyyar qəbul keçirib. Qəbulda Vizəzəmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Vizəzəmin, Almu, Bibiyani, Cəngənəvud, Hamarmeşə, Haran, Kıncıvo, Kornədi, Peştətük, Sipyəreqon, Sivəkəran və Təbrizli kəndlərinin sakinləri iştirak edib.
Qəbulda müraciət və təkliflər dinlənilib. Sakinlər kəndlərarası yolun təmiri, elektrik təsərrüfatının yenilənməsi, kəndlərin qazlaşdırılması və bir neçə fərdi müraciət səsləndiriblər.
Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.
Görüşdə vətəndaşlara bildirilib ki, Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsilə də rayon icra hakimiyyətinə müraciət edə bilərlər.