Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar qəbulunu rayonun Mistan və Pirəsora kəndlərində keçirib

19 oktyabr 2022 | 20:19

19 oktyabr 2022-ci il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar görüş-qəbulunu Mistan və Pirəsora kəndlərində keçirib.

Səyyar görüş-qəbullarda rayon icra hakimiyyəti başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də kənd ictimaiyyəti iştirak ediblər.

Ölkə rəhbərinin müvafiq tapşırığına əsasən keçirlən səyyar görüş-qəbullarda rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov vətəndaşların səsləndirdikləri problemləri ayrı-ayrılıqda dinləyib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirləri qeyd edərək müvafiq qurumlara tapşırıqlar verib.

Keçidlər