Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar qəbulunu rayonun Boykəndil və Nücü kəndlərində keçirib

16 sentyabr 2022 | 20:08

16 sentyabr 2022-ci il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun Boykəndil və Nücü kəndlərində səyyar qəbulu keçirilib. Səyyar qəbulda rayon icra hakimiyyətinin başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Rayon icra hakimiyyəti başçısı səyyar qəbulda çıxış edərək bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən görüşlərdə əsas məqsəd mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənmək, həlli mümkün olan məsələləri yerində həll etmək və ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır. Sonra Ə.Abbasov sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatları qeyd edib və təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçularımıza Allahdan rəhmət diləyib, ailələrinə səbr arzu edib.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.

Keçidlər