Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar qəbulunu Qəvoy kəndində keçirib

21 iyun 2023 | 19:24

Lerik Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov 21 iyun 2023-cü il tarixdə Qəvoy kəndində səyyar qəbul keçirib. Qəbulda Conu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Conu, Hübi, Qəvoy, Qışlaq, Loda, Vıjaker, Vılık və Tülü kəndlərinin sakinləri iştirak edib.

Qəbulda müraciət və təkliflər dinlənilib. Sakinlər kəndlərarası yolun təmiri, elektrik təsərrüfatının yenilənməsi, kəndlərin qazlaşdırılması və bir neçə fərdi müraciət səsləndiriblər.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.

Keçidlər