Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar qəbulunu Hamarmeşə kəndində keçirib

15 yanvar 2025 | 16:31

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Hamarmeşə kəndində səyyar qəbul keçirib. Qəbulda Vizəzəmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Vizəzəmin, Almu, Bibiyani, Cəngənəvud, Hamarmeşə, Haran, Kıncıvo, Kornədi, Peştətük, Sipyəreqon, Sivəkəran və Təbrizli kəndlərinin sakinləri iştirak edib.

Qəbulda çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov bildirib ki, səyyar görüşlərdə əsas məqsəd kəndlərdəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.

Qəbulda müraciət və təkliflər dinlənilib. Sakinlər kəndlərarası elektrik təsərrüfatının yenilənməsi, kəndlərin qazlaşdırılması və bir neçə fərdi müraciət səsləndiriblər.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.

Keçidlər