Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar qəbulunu Çayrud kəndində keçirib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar qəbulunu Çayrud kəndində keçirib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun əlaqədar təşkilatların rəhbər işçiləri, Çayrud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Çayrud, Rvarud, Andurma, Piyəkücə, Anzolu və Təngəbin kəndlərinin sakinləri iştirak edib.
Rayon icra hakimiyyəti başçısı qəbulda çıxış edərək bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən görüşlərdə əsas məqsəd mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənmək, həlli mümkün olan məsələləri yerində həll etmək və ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Sakinlərin təklif və problemlərini dinləyən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.