Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar görüş-qəbulunu Lerik şəhərində keçirib

17 dekabr 2025 | 16:03

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 17 dekabr 2025-ci il tarixində növbəti səyyar görüş-qəbulunu Lerik şəhərində keçirib.

Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri, Lerik şəhərinin və Hıramo kəndinin sakinləri iştirak edib. 

Qəbul zamanı sakinlərin şikayət və təklifləri dinlənilib. Müraciətlər əsasən şəhərdaxili avtomobil yollarında istinad divarlarının tikintisi, şəhərdaxili küçələrin asfaltlaşdırılması, işıqlandırılması, magistral su xəttində tez-tez baş verən qəzaların yaratdığı fəsadların aradan qaldırılması və digər sosial məsələlərlə bağlı olub.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verilib.

Keçidlər