Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar görüş-qəbulu Günəşli kəndində keçirib
19 yanvar 2023-cü il tarixində rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov Günəşli kəndində Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Günəşli, Noda, Bilnə və Babagil kəndlərinin sakinləri ilə səyyar görüş-qəbul keçirib.
Səyyar görüş-qəbulda icra hakimiyyəti aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak ediblər.
Öncə 20 yanvar faciəsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov görüş iştirakçılarını salamlayıb, cənab Prezidentin rəhbərliyi ilə respublikada, rayonumuzda və Noda kənd inzibati ərazi dairəsində görülmüş işləri diqqtə çatdırıb, qarşıda duran vəzifələri qeyd edib və 20 yanvar faciəsi barədə ətraflı məlumat verib.
Keçirilən səyyar görüş-qəbullarda əsas məqsədin yerlərdəki mövcud vəziyyəti vətəndaşların dilindən öyrənmək, həlli mümkün olan məsələləri yerində həll edilməsi, digər məsələlərlə bağlı aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılması ilə bağlı olduğunu bildirib.
Qəbulda rayon icra hakimiyyəti başçısının Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi çıxış edərək Noda kənd inzibati ərazi dairəsi üzrə görülmüş işlər və ərazidə mövcud olan ümumi problemlər barədə məlumat verib.
Səyyar görüş-qəbulda Ə.Abbasov vətəndaşların səsləndirdikləri problemləri ayrı-ayrılıqda dinləyib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirləri qeyd edərək aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verib.