Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Lerik şəhərində səyyar görüş-qəbul keçirib
25 yanvar 2023-cü il tarixində rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin akt zalında Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Lerik şəhər və Hıramo kənd sakinləri ilə səyyar görüş-qəbul keçirib.
Səyyar görüş-qəbulda icra hakimiyyəti aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak ediblər.
Öncə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov görüş iştirakçılarını salamlayıb, cənab Prezidentin rəhbərliyi ilə əldə edilən tarixi qələbədən, respublikamızda, o cümlədən rayonumuzda və Lerik şəhəri inzibati ərazi dairəsində görülmüş işləri diqqtə çatdırıb, qarşıda duran vəzifələri qeyd edib. Səyyar görüş-qəbulların keçirilməsində əsas məqsədin yerlərdəki mövcud vəziyyəti vətəndaşların dilindən öyrənmək, həlli mümkün olan məsələləri yerində həll edilməsi, digər məsələlərlə bağlı aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılması olduğunu bildirib.
Qəbulda rayon icra hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi çıxış edərək Lerik şəhər inzibati ərazi dairəsi üzrə görülmüş işlər və ərazidə mövcud olan ümumi problemlər barədə məlumat verib.
Rayon icra hakimiyyətinin başçısı vətəndaşların səsləndirdikləri problemləri ayrı-ayrılıqda dinləyib, onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirləri qeyd edərək aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verib.