Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Çayrud və Ambu kəndlərində səyyar qəbul keçirib

08 aprel 2026 | 17:12

08 aprel 2026-cı il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Blaband  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ambu, Barzavu, Blaband, Xəlifəkücə, Lüləkəran, Osnağakücə, Şinəbənd və Çayrud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Çayrud, Rvarud, Andurma, Piyəkücə, Anzolu və Təngəbin kəndlərinin sakinləri ilə səyyar qəbul keçirib.

Səyyar qəbulda RİH başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İcra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və  qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.

Səyyar qəbulda vətəndaşların səsləndirdikləri problemlər rayon rəhbəri tərəfindən dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.

Keçidlər