Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyətinin başçısı Davradibi kəndində vətəndaşları qəbul edib

14 dekabr 2022 | 17:47

14 dekabr 2022-ci il tarixində Davradibi kəndində keçirilən səyyar qəbulda rayon icra hakimiyyəti başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qəbulda rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və  qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.

Səyyar görüş-qəbulda Ə.Abbasov vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinləyib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirləri qeyd edərək aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Sonra rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Davradibi  kəndində I Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Musayev Zəfər Muxtar oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksini ziyarət edib.

Keçidlər