Rayon icra hakimiyyətində vətəndaşlar qəbul edildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 152 vətəndaş, o cümlədən şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul edildi.
Rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, qaz çəkilişi, içməli su problemi, maddi yardım, tikinti materialının verilməsi, torpaq məsələləri, elektrik təsərrüfatı və digər sosial məsələlərlə bağlı idi.
Qəbulda rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.
Vətəndaşlar müraciətlərinə baxılması üçün əlverişli və rahat şəraitin yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.