Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyətində şəhid ailələrinin bir qrupu ilə görüş keçirildi

30 iyul 2022 | 15:42

30 iyul 2022-ci il tarixində rayon icra hakimiyyətinin inzibati idarə binasında rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayonda yaşayan şəhid ailələrinin bir qrupu ilə görüş keçirdi.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların yaxınları ilə görüşən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov onlara başsağlığı verdi və səbir dilədi. Qeyd etdi ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. I Qarabağ və Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının hər bir fərdinin qəlbində yaşayacaq. Əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələri hər zaman ehtiramla yad ediləcək.

Ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan rayon icra hakimiyyətinin başçısı bildirdi ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub.  Şəhid ailələrinə dövlət tərəfindən daim dəstək göstərilir, onlara mənzillər, minik avtomobilləri verilir.

Görüşdə iştirak edən şəhidlərin valideynləri övladlarının keçdikləri döyüş yolundan söz açaraq onlarla bağlı xatirələrini bölüşdülər.

Rayon rəhbəri görüşdə şəhid ailələrinin problemləri və onları narahat edən məsələləri dinlədi. Əksər müraciətlər yerindəcə öz həllini tapdı.

İcra başçısı tərəfindən şəhid ailələri ilə görüşlər mütəmadi olaraq davam etdiriləcək.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Keçidlər