Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısı şəhidlərimizin məzarlarını ziyarət edib

30 oktyabr 2023 | 15:58

30 oktyabr 2023-cü il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Vətən müharibəsi şəhidləri, Lerik şəhərində Əsədullayev Elnur İmran oğlu və Mövlanov Altay Tahir oğlunun, Orand kəndində Abdulov İdrət İbi oğlunun və Biləvər kəndində Azadlı Zabil Tələt oğlunun şəhadətə qovuşmasının üçüncü ildönümü ilə əlaqədar məzarlarını ziyarət edib, üzərlərinə gül dəstələri düzərək əziz xatirələri ehtiramla anılıb, ruhlarına dualar oxunub.

Eyni zamanda Orand kəndində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Mirhüseynov Natiq Balamirzə oğlu, Sadlxov Talışxan Xudakərim oğlu, Rzayev Əhəd Əskər oğlunun məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzərək xatirələri ehtiramla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov mərasimlərdə iştirak edən şəhid ailə üzvləri ilə səmimi söhbət edib, qayğı və problemləri ilə maraqlanıb.

Keçidlər