Şriftin ölçüsü :

Saytın rəngi :

Qosmalıan və Pirəsora kəndlərində səyyar qəbul keçirilib

04 mart 2026 | 15:51

04 mart 2026-cı il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Qosmalıan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin  Qosmalıan, Çökərə, Digah, Divağac, Hiveri, Hoveri, Qələsər, Lələhiran, Şonaçola, Tatoni və Pirəsora kənd inzibati ərazi dairəsinin Pirəsora, Büzeyir  kəndlərinin kəndlərinin sakinləri ilə səyyar qəbul keçirib.

Səyyar qəbulda RİH başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İcra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və  qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.

Səyyar qəbulda vətəndaşların səsləndirdikləri problemlər rayon rəhbəri tərəfindən dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.

Keçidlər