Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Qələsər kəndində səyyar qəbul keçirilib

06 dekabr 2023 | 17:44

06 dekabr 2023-cü il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə növbəti səyyar qəbulunu Qələsər kəndində keçirib.

Qəbulda Qosmalıan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qələsər, Çökərə, Digah, Divağac, Hiveri, Hoveri, Qosmalıan, Lələhiran, Şonaçola və Tatoni kəndlərinin sakinləri iştirak edib.

Rayon icra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və  qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdir.

Həmçinin vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, təklif və rəylərin verilməsi imkanının olduğunu sakinlərin diqqətinə çatdırıb.

Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Müraciətlər əsasən ixtisaslı həkim çatışmazlığı, qaz, elektrik və digər sosial məsələlərlə bağlı olub.

Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlarını verib.

Keçidlər