Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

"Qəhrəmanlıq salnamasinin Elşən Səfərov zirvəsi" sənədli filminin təqdimatı keçirilib

24 oktyabr 2022 | 19:40

24 oktyabr 2022-ci il tarixində şəhid Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbində “Səssiz Dünya” işarət dilində danışan əlillərə və idmançılara dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” layihəsi çərçivəsində çəkilmiş sənədli filmin təqdimatını keçirib.

Öncə tədbir iştirakçıları kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, üzrərinə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbinin akt zalında davam etdirilən tədbirdə şəhidlərin xatirəsi sükutla yad edilib.

Tədbirin aparıcısı şəhid Elşən Səfərov haqqında geniş məlumat verib, Çayrud kəndində şəhidlərin xatirəsinə silsilə tədbirlərin həsr edildiyini və bu gün “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” layihəsi çərçivəsində ona həsr olunmuş filmin təqdimatının keçirildiyini diqqətə çatdırıb.   

Tədbirdə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, millət vəkili İqbal Məmmədov və layihə rəhbəri Aida Səfərova çıxış edərək belə tədbirlərin keçirilməsində əsas məqsədin vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin gənc nəslə tanıtdırılmasında, yeniyetmələrin vətənpərvərlik və vətənə sevgi ruhunda tərbiyyə olunmasında rolunu qeyd ediblər. 

Sonra  “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” sənədli filmi nümayiş etdirilib.

Sonda rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov və millət vəkili İqbal Məmmədov şəhidin anası Vlanaz Qurbanova ilə görüşüb səmimi söhbət ediblər.

Keçidlər