Pirəsora kəndində səyyar görüş-qəbul keçirildi
Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev növbəti görüş-qəbulunu Pirəsora kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Pirəsora və Buzeyir kəndlərinin sakinləri ilə keçirdi.
Səyyar qəbulda icra hakimiyyəti aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edirdilər.
Qəbulda rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev ölkə başçısının yürütdüyü uğurlu sosial-iqtisadi siyasəti nəticəsində gündən-günə vətəndaşlarımızın rifah halının yaxşılaşdığınını bildirərək, son illərdə rayonumuzda, o cümlədən Pirəsora ərazisində aparılan tikinti-quruculuq və abadlıq işləri barədə geniş məlumat verdi. Sonra natiq "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" nin əhəmiyyəti barədə danışaraq, imzalanmış Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətlərinin rəsmən müttəfiqlik zirvəsinə ucaldığını qeyd etydi. Bildirdi ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.
Səyyar qəbulda vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərildi, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Həlli mərkəzi icra hakimiyyəti orqanlarından asılı olan məsələlərlə bağlı qeydlər aparıldı.