Orand kəndində növbəti səyyar qəbul keçirilib
14 may 2025 | 16:48
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 14 may 2025-ci il tarixində rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə Orand kəndində səyyar qəbul keçirib.
Qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.