Nüvədi kəndində növbəti səyyar-görüş qəbul keçirildi
Vətəndaşların müraciətlərinə baxılması, qaldırılan məsələlərin yerindəcə araşdırılıb operativ həllindən ötrü icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev növbəti səyyar görüş- qəbulunu Nüvədi kəndində Nüvədi kənd inzibati ərazi dairəsinə daxil olan kənd sakinləri ilə keçirdi. Səyyar görüş-qəbulda rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti təşkilatların rəhbər işçiləri iştirak edirdi.
Görüşdə rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev cənab Prezident tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqlarının, pensiya və müavinətlərin əhəmiyyətli dərəcədə artırılması barədə geniş məlumat verdi. Rayonda və Nüvədi ərazisində son illərdə həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri barədə məlumat verdi, qarşıda duran vəzifələri qeyd etdi.
Vətəndaşların çoxsaylı suallarını və müraciətlərini diqqətlə dinlərək C.Baxşıyev bəzi məsələlərin həlliylə bağlı qəbulda iştirak edən səlahiyyətli şəxslərə yerində göstərişlərini, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün isə aidiyyatı qurumlara rəsmi qaydada müraciət olunmasıyla bağlı tapşırıqlarını verdi.