Şriftin ölçüsü :

Saytın rəngi :

Nuravud və Orand kəndlərində səyyar qəbul keçirilib.

20 noyabr 2025 | 15:23

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov 20 noyabr 2025-ci il tarixində Nuravud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nuravud, Zərdəbərə,  Köhnə Orand və Sorsçay kəndlərinin və Orand kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Orand kənd sakinləri ilə səyyar qəbul keçirib.

Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib.  Müraciətlər əsasən yol, qaz, elektrik və digər sosial məsələlərlə bağlı olub.

Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.

Keçidlər