Nuravud kəndində səyyar qəbul keçirilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə Nuravud kəndində səyyar qəbul keçirib. Qəbulda Nuravud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nuravud, Zərdəbərə, Sorsçay və Köhnə Orand kəndlərinin sakinləri iştirak edib.
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdir.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Sakinlərin təklif və problemlərini dinləyən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.