Nuravud kəndində növbəti səyyar görüş-qəbul keçirildi
Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev növbəti görüş-qəbulunu Nuravud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nuravud, Zərdəbərə və Sorsçay kəndlərinin sakinləri ilə keçirdi.
Səyyar qəbulda icra hakimiyyəti aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edirdilər.
Qəbulda C.Baxşıyev çıxış edərək cənab Prezidentin yürütdüyü uğurlu siyasət nəticəsində Vətən mübaribəsində ordumuzun şanlı qələbəsi və işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılması barədə ətraflı məlumat verdi.
Sonra C.Baxşıyev son illər reallaşdırılan uğurlu iqtisadi islahatların rayonumuzun da inkişafına ciddi təsir göstərdiyini, ölkəmizin digər rayonları kimi, Lerik rayonun da günü-gündən çiçəkləndiyini, abadlaşdığını qeyd etdi.
Səyyar qəbulda vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərildi, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Həlli mərkəzi icra hakimiyyəti orqanlarından asılı olan məsələlərlə bağlı qeydlər aparıldı.