Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Novruz bayramı münasibəti ilə ümumrayon tədbiri və konsert proqramı keçirilib

17 mart 2023 | 18:12

17 mart 2023-cü il tarixində Lerik şəhəri, Heydər Əliyev meydanında Novruz bayramı münasibəti ilə ümumrayon tədbiri və konsert proqramı keçirilib.

Bayramsayağı bəzədilmiş Heydər Əliyev meydanında keçirilmiş tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, respublikamızın digər bölgələrindən gələn qonaqlar və yüzlərlə lerikli iştirak edib.

Öncə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov və tədbir iştirakçıları Heydər Əliyev meydanında novruzun gəlişini tərənnüm edən al-əlvan bəzədilmiş güşələrdə Novruz atributları, ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətləri, əl işləri və xalq sənətkarlığı nümunələri tanış olublar.

Milli idman növlərinin nümayişi, milli mətbəximizə aid olan təamlar və şirniyyatlar, kosa və keçəlin məzhəkələri rayon sakinləri tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Bayram tonqalı şəhid atası Rəbbil Heydərov və ağsaqqal Hidayət Bəşirov tərəfindən alovlandırılıb. 

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə rayon sakinlərini və çoxsaylı qonaqları təbrik edib, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzulayıb.

Tədbir respublikanın tanınmış incəsənət ustaları Mələkxanım Əyyubova, Mirələm Mirələmov, İlkin Əhmədov, Aysel Əlizadə, Valid Abdullayev, Aynur Dadaşova və Fatimə Fətəliyevanın rəngarəng müsiqi nömrələri ilə davam etdirilib.

Keçidlər