Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirilib

17 mart 2025 | 16:01

Birlik, bərabərlik, qardaşlıq bayramı olan Novruz rayonumuzda təmtəraqla və özünəməxsus gözəlliklə qeyd olunub. 17 mart 2025-ci il tarixində Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lerik şəhəri, Heydər Əliyev meydanında Novruz bayramı və İlaxır çərşənbəsi münasibəti ilə konsert proqramı keçirilib.

Bayramsayağı bəzədilmiş Heydər Əliyev meydanında keçirilmiş tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, şəhid ailələri, qazilər və yüzlərlə lerikli iştirak edib.

Bayram şənliyində çıxış edən rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov suveren ölkəmizin ərazisində qeyd edilən milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik edib, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzulayıb. Xalqımıza möhtəşəm Zəfəri qazandıran Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bundan sonra da yeni uğurlar qazanacağına əminliyini ifadə edib.

Novruz bayramına həsr olunan musiqili proqramda Azərbaycan incəsənət nümayəndələrinin tanınmış üzvləri Nəzakət Teymurova, Təyyar Bayramov, Babək Niftəliyev, Rəvanə Əmiraslanova, Aysel Əlizadə, Çinarə Məlikzadə, Valeh Lerikli, Ruzigar Lerikli və Nənələr qrupu çıxış ediblər.

Keçidlər