Növbəti səyyar qəbullar Şingədulan və Molalan kəndlərində keçirilib
27 oktyabr 2022-ci il tarixində Şingədulan və Molalan kəndlərində keçirilən növbəti səyyar qəbullarda rayon icra hakimiyyəti başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qəbullarda rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.
Səyyar görüş-qəbullarda Ə.Abbasov vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinləyib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirləri qeyd edərək aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.