Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Növbəti səyyar qəbul rayonun Veri Əliabadı kəndində keçirilib

25 may 2023 | 15:44

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə Veri Əliabadı kəndində növbəti səyyar qəbul keçirib.

Qəbulda Veri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Axunahiran, Babakücə, Küsəkəran, Qələbin, Veri və Veri Əliabadı kəndlərinin sakinləri iştirak edib.

Sakinləri fərdi qaydada dinləyən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

Keçidlər