Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Növbəti səyyar qəbul rayonun Bürsülüm kəndində keçirilib

04 iyul 2024 | 18:25

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 04 iyul  2024-cü il tarixində növbəti səyyar qəbulunu Bürsülüm kəndində keçirib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri, eləcə də Bürsülüm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bürsülüm, Ancəqov, Bobla, Ləkər, Nosovyədi, Vənədi, Vov və Zeynəko kəndlərinin sakinləri iştirak edib.

Rayon icra hakimiyyətinin başçısı qəbulda çıxış edərək bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən görüşlərdə əsas məqsəd mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənmək,  həlli mümkün olan məsələləri yerində həll etmək və ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.

Keçidlər