Növbəti səyyar qəbul Murya kəndində keçirilib
20 dekabr 2023-cü il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar qəbulunu Murya kəndində keçirib.
Qəbulda Milli Məclisin deputatı, millət vəkili İqbal Məmmədov, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri , Livədirqə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Livədirqə, Əvilə, Qədimkücə, Mastail, Murya, Nüsomurya və Yuxarı Bilnə kəndlərinin sakinləri iştirak edib.
Rayon icra hakimiyyəti başçısı qəbulda çıxış edərək bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən görüşlərdə əsas məqsəd mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənmək, həlli mümkün olan məsələləri yerində həll etmək və ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Həmçinin rayon rəhbəri işğaldan azad olunan ərazilərimizdə və Lerik rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.