Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Növbəti səyyar qəbul keçirildi

06 may 2022 | 21:58

Lerik Rayon İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Cəlil Baxşıyev qrafikə uyğun olaraq növbəti səyyar qəbullunu 06 may 2022-ci il tarixdə Qosmalian kəndində Qosmalian kənd inzibati ərazi dairəsinə daxil olan kəndlərin sakinləri ilə keçirdi. Səyyar qəbulda C.Baxşıyevlə rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbəri də iştirak edirdilər. Cənab Prezident İlham Əliyevin yurutduyu siyasətinin əsasını insan faktorunun olduğunu vurğulamaqla giriş nitqinə başlayan natiq yerlərdə səyyar qəbulların keçirilməsinin məhz bu məqsədə xidmət etdiyini qeyd etdi.

C.Baxşıyev vətəndaşları diqqətlə dinlədi, onların çoxsaylı suallarını və müraciətlərini cavablandıraraq onları narahat edən məsələlərin həlliylə bağlı qəbulda iştirak edən səlahiyyətli şəxslərə yerində göstərişlərini, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün isə aidiyyatı qurumlara rəsmi qaydada müraciət olunmasıyla bağlı tapşırıqlarını verdi.

Qəbulda çıxış edən sakinlər dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər