Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Növbəti səyyar qəbul Əvilə kəndində keçirilib

16 oktyabr 2024 | 16:29

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar qəbulunu Əvilə kəndində keçirib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri, Livədirqə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Əvilə, Qədimkücə, Livədirqə, Mastail, Murya, Nüsomurya və Yuxarı Bilnə kəndlərinin sakinləri iştirak edib.

Sakinlər tərəfindən elektrik təsərrüfatının yenilənməsi, avtomobil yollarının təmiri və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.

Keçidlər