Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Növbəti səyyar qəbul Əliabad kəndində keçirilib

05 iyul 2023 | 16:34

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 05 iyul  2023-cü il tarixində Əliabad kəndində səyyar qəbul keçirib. Qəbulda RİH başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də Əliabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Əliabad, Gürdəsər, Soru və Camaşəir kəndlərinin sakinləri iştirak edib.

Rayon icra hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırığına uyğun olaraq səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və  qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.

Keçidlər