Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Növbəti səyyar qəbul Dəstər kəndində keçirilib

06 sentyabr 2023 | 18:16

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 06 sentyabr 2023-cü il tarixində rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə Dəstər kəndində səyyar qəbul keçirib. Qəbulda Dəstər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Dəstər, Bradi, Dızdipok və Hamarat kəndlərinin sakinləri iştirak edib.

Sakinlər elektrik təsərrüfatının yenilənməsi, qaz xəttinin çəkilişi, tibb məntəqəsi üçün yeni binanın inşası və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərinin problem və təkliflərini dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.

Keçidlər