Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Növbəti səyyar qəbul Conu kəndində keçirilib

08 may 2024 | 17:05

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar qəbulunu Conu kəndində keçirib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri, Tülüconu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Conu, Hübi, Qəvoy, Qışlaq, Loda, Vıjaker, Vılık və Tülü kəndlərinin sakinləri iştirak edib.

Sakinlər tərəfindən avtomobil yollarının təmiri, elektrik təsərrüfatının yenilənməsi, əraziyə telefon xəttinin çəkilişi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.

Sakinlərin təklif və problemlərini dinləyən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

Keçidlər