Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Növbəti səyyar qəbul Bobla kəndində keçirilib

14 iyun 2023 | 17:15

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə Bobla kəndində səyyar qəbul keçirib. Qəbulda Bürsülüm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bobla, Ancəqov və Zeynəko kəndlərinin sakinləri iştirak edib.

Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Müraciətlər əsasən yol, qaz, elektrik və digər sosial məsələlərlə bağlı olub.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərinin problem və təkliflərini dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.

Keçidlər