Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Növbəti səyyar görüş-qəbul Zenoni kəndində keçirilib

13 mart 2023 | 17:49

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Şingədulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Zenoni, Şingədulan, Ağqışlaq, Durğan, Küman və Laman kəndlərinin sakinləri ilə səyyar-görüş keçirib.

Zenoni kənd ümumi orta məktəbində keçirilən səyyar qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edib.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan abadlıq-quruculuq işləri, sakinlərin rahatlığının təmin olunması, sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verərək, sakinləri fərdi qaydada dinləyib. Sakinlər tərəfindən qaldırılan məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Həmçinin rayon rəhbəri Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti portalı barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və və https://rih.gov.az/ portalından istifadə etmələrini tövsiyə edib.

Keçidlər