Növbəti səyyar görüş-qəbul Vov kəndində küçirilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə Vov kəndində səyyar qəbul keçirib. Qəbulda Bürsülüm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Vov, Ancəqov, Bobla, Bürsülüm, Ləkər, Nosovyədi, Vənədi və Zeynəko kəndlərinin sakinləri iştirak edib.
Qəbulda rayon icra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirərək, yerlərdə əhali ilə keçirilən görüşlərdə əsas məqsədin mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənmək, həlli mümkün olan məsələləri yerində həll etmək və ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Müraciətlər əsasən qaz, elektrik, yol və digər sosial məsələlərlə bağlı olub.
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərinin problem və təkliflərini dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.