Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Növbəti səyyar görüş-qəbul rayonun Molalan kəndində keçirildi

22 iyul 2022 | 18:21

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev Molalan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Molalan və Sors  kəndlərinin sakinləri ilə səyyar görüş keçirdi.

Səyyar qəbulda icra hakimiyyəti aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edirdilər.

Qəbulda rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev ölkə başçısının yürütdüyü uğurlu sosial-iqtisadi siyasəti nəticəsində gündən-günə vətəndaşlarımızın rifah halının yaxşılaşdığınını bildirərək, son illərdə rayonumuzda, o cümlədən Molaln ərazisində aparılan tikinti-quruculuq və abadlıq işləri barədə geniş məlumat verdi.

Səyyar qəbulda kənd sakinləri bir sıra məsələlərlə bağlı rəy və təkliflərini bildirdilər. Səsləndirilən hər bir təklif və şikayətlər barədə müvafiq qurumlara tapşırıqlar verildi.

Keçidlər