Növbəti səyyar görüş-qəbul rayonun Küsəkəran kəndində keçirildi
08 iyun 2022-ci il tarixində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev Veri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Küsəkəran kəndində növbəti səyyar görüş-qəbulunu keçirdi.
Səyyar qəbulda icra hakimiyyəti aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edirdilər.
Qəbulda rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev ölkə başçısının yürütdüyü uğurlu sosial-iqtisadi siyasəti nəticəsində gündən-günə vətəndaşlarımızın rifah halının yaxşılaşdığınını bildirərək, son illərdə rayonumuzda, o cümlədən Veri ərazisində aparılan tikinti-quruculuq və abadlıq işləri barədə geniş məlumat verdi.
Səyyar qəbulda kənd sakinləri bir sıra məsələlərlə bağlı rəy və təkliflərini bildirdilər. Səsləndirilən hər bir təklif və şikayətlər barədə müvafiq qurumlara tapşırıqlar verildi.