Növbəti səyyar görüş-qəbul Pirzəkücə kəndində keçirilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə Pirzəkücə kəndində səyyar qəbul keçirib. Qəbulda Cəngəmiran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Cəngəmiran və Pirzəkücə kəndlərinin sakinləri iştirak edib.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Müraciətlər əsasən yol, elektrik təsərrüfatının yenilənməsi, içməli su ilə təminat və digər sosial məsələlərlə bağlı olub.
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərinin problem və təkliflərini dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlarını verib.